
«Açığı, bu təklif mənim üçün gözlənilməz oldu ».
Bu sözləri Sportinfo.az-a açıqlamasında U-21-in çalışdırıcısı Ayxan Abbasov deyib.
O, Azərbaycanın əsas millisini DÇ-2026-nın seçmə mərhələsinin Ukrayna ilə sabahkı matçına çıxaracaq.
Bu gün istefaya göndərilən Fernandu Santuşu əvzləyəcək mütəxəssis bunları bildirib:
"Təbii ki, bu, böyük məsuliyyətdir. Azərbaycan millisində işləmək qürurvericidir.
AFFA rəhbərliyi böelə bir təklif etdi, mən də razılaşdım. Vaxt azdır, hər dəqiqənin qiyməti var.
Bir azdan millinin düşərgəsinə yollanacam, futbolçularla görüşəcəm. Təyinat varsa, bizim üzərimizə düşəni etmək borcumuzdur.
Ən yaxşısı üçün əlimizdən gələni edəcəyik. Çalışacağıq ki, komandanı toparlayaq və Ukrayna qarşısında layiqli mübarizə aparaq.
Futbolçularla birlikdə bu çətin işin öhdəsindən gələcəyimizə ümidliyəm.
Komanda bu gün səhər son məşqə çıxıb və mən yalnız onlarla söhbət edib, əhval-ruhiyyəni qaldırmağa səy göstərəcəm.
Mən bu futbolçuların hər birinə inanıram və hər biri bizə lazımdır".