"Qarabağ"a Bakıda qol vurdu, "Trabzonspor”un transfer siyahısında yer aldı

8 Sentyabr 2025 01:50 Dünya futbolu 977
"Qarabağ"a Bakıda qol vurdu, "Trabzonspor”un transfer siyahısında yer aldı

Macarıstan millisinin və “Ferentsvaroş”un hücumçusu Barnabaş Varqa karyerasını Türkiyədə davam etdirməyə yaxındır.

Sportinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 30 yaşlı forvard “Trabzonspor”un transfer siyahısında yer alıb.

Qaradəniz təmsilçisi macar hücumçu üçün danışıqlara start verib.

Varqanın “Ferentsvaroş”u tərk etmək istəməməsi transferə mane ola bilər. Varqanın Budapeşt klubu ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.

Təcrübəli hücumçu karyerası ərzində “Mattersburq”, “Lafnitz”, “Qyirmot”, “Pakşi” klublarında çıxış edib.

Varqa Çempionlar Liqasının təsnifat mərhələsinin pley-off cütünüdə "Qarabağ" və "Ferentsvaroş" klublarının qarşılaşmalarında həm Budapeştdə, həm də Bakıda fərqlənlənmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!
30 Avqust 01:00 "Komandam pis deyildi"