
“AFFA rəhbərliyi sözünün üstündə durdu.
Prakitiki olaraq futbol mütəxəssislərinin, medianın etirazlarına baxmayaraq, ilyarım öncə milli komandanın baş məşqçisi postuna gətirilən pensiyaçı, bir neçə ölkədən qovulmuş “ulduz məşqçi” Fernando Santuş, nəhayət, AFFA tərəfindən yola salındı.
Düzdür, bu ayrılıq federasiyanın büdcəsinə ağır bir maddi zərbə hesabına başa gəldi. Onlar artıq buna bir növ adətkardılar.
Təəssüflər olsun ki, yenə biz haqlı çıxdıq. Hazırda millimiz yerli çalışdırıcıya həvalə olunmalıdır. Başqa macəraya ehtiyac yoxdur.
Namizədlərim Qurban Qurbanov başda olmaqla, Rəşad Sadıqov, Azər Bağırov, Ayxan Abbasov və Mahmud Qurbanovdur”.
Bu açıqlama “Sportinfo TV”nin aparıcı eksperti Elçin Cəfərova məxsusdur.
Tanınmış journalist AFFA-nın Fernando Santuşla yollarını ayırmasına münasibət bildirib, yeni namizədlər barədə danışıb.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN