Zaur Ramazanov yenidən "Xəzər Lənkəran"da - VİDEO

7 Sentyabr 2025 11:55 Hadisə 1 383
Zaur Ramazanov yenidən "Xəzər Lənkəran"da - VİDEO

«Xəzər Lənkəran»ın sabiq hücumçusu Zaur Ramazanov uzun illər sonra cənub bölgəsinə səfər edib.

O, vaxtilə ulduzu olduğu «Fırtınalar meydanı»na baş çəkib.

Klubun adını daşıyan stadiona üz tutan keçmiş forvard təsirli səhnənin iştirakçısı olub. Ramazanov boş tribunalara salam verib.

2006-2009-cu illərdə «ağ-yaşıllar»ın şərəfini qourumuş ön xətt oyunçusu bu müddətdə ölkə çempionu olub.

Onun karyerasının zirvə nöqtəsi elə «Xəzər»lə bağlıdır. 2007-ci ildə «Birlik Kuboku»nu başı üzərinə qaldırıb, Rusiyada keçirilən turnirin ən yaxşı oyunçusu seçilib.

Lənkəranlı futbolsevərlər onu çox istəyir. «Xəzər» 2016-cı ildə fəaliyyətini dayandırsa da, yerli publika hələ də Ramazanovu yadından çıxarmayıb.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 17:30 Çək və bizə göndər!
22 Aprel 08:20 Bizim qızların reytinqi