“Xanımım bütün məsələləri özü həll edir” - Bloger-futbolçu

26 İyul 2025 23:40 Maraqlı 1 010
“Xanımım bütün məsələləri özü həll edir” - Bloger-futbolçu

“Ərini hər fürsətdə dəstəkləyən, onun üçün əziyyət çəkən qadın mütləq ən xoş sözlərə layiqdir”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında gürcüstanlı sabiq futbolçu, hazırda bloger kimi Azərbaycanda fəaliyyət göstərən Nuqzar Kvirtiya deyib.

Model İnna Kvirtiya ilə ailə qurmuş keçmiş yarımmüdafiəçi xanımından danışıb:

“Məşqdən zədəli ayaqla gələndə, yaxud çəkilişlərdə köməyə ehtiyacın olanda, mənəvi baxımdan dəstəyə ehtiyac duyanda qadının varlığını hiss edirsənsə, bu, həmin qadının böyüklüyü və sadiqliyidir.

Yeri gəlmişkən, İnna həm də rəhbəri olduğum “White City” futbol məktəbinin direktorudur. Uşaqlarla və valideynlərlə bağlı bütün məsələləri özü həll edir.

Həyatımda danılmaz rolu var”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 Yanvar 18:10 Çək və bizə göndər!