"Ona dedim ki, geri dönəcəm”

10:15 İngiltərə 634
"Ona dedim ki, geri dönəcəm”

“Fənərbaxça”nin qapıçısı Ederson Moraes keçmiş klubu “Mançester Siti”dən ayrılması barədə danışıb.

Sportinfo.az “City Report”-a istinadən xəbər verir ki, braziliyalı qolkiper, Pep Qvardiola (“şəhərlilər”in baş məşqçisi) ilə telefon danışığı zamanı belə deyib:

“Pepə dedim ki, Mançesterə geri dönəcəm. Hər kəslə layiqincə sağollaşmaq istəyirəm.

Səkkiz il, saysız-hesabsız anlar, çoxlu titullar. Çətin məqamlar da yaşadım, amma hər zaman bir yerdə qaldıq.

Mənim üçün, Qvardiola üçün və klub üçün vacibdir ki, hər kəslə sağollaşım”.

Ederson “Mançester Siti”də 2017–2025-ci illərdə çıxış edib. O, bu müddətdə 372 oyun keçirib.

32 yaşlı futbolçu yay transfer dövründə İngiltərə klubunu tərk edərək, “Fənərbaxça”ya keçib.

Digər Xəbərlər
Xəbər Lenti