
"Qarabağ"ın məşqçisi Müşfiq Hüseynov 9 yaşlı Davud Abdullayevlə görüşüb.
Davud kimdir?
O, bir müddət əvvəl "Sportinfo"nun haqqında bəhs etdiyi ağdamlı istedaddır.
Ağdamın Əhmədağalı kəndində yaşayan
Davud hazırda Tərtər Olimpiya Kompleksində Elfariz müəllimin yanında futbolun sirlərini öyrənir.
"Qarabağ"ın əfsanəsi sayılan Hüseynovun adıçəkilən uşaqla görüşdə ona klubun atributlarını hədiyyə verdiyini də bildirək.
XANOĞLAN / SPORTİNFO.AZ