
“O, yaxşı oğlandır, “Qarabağ”ın qələbəsinə hamıdan çox sevindi”.
Bu sözlər ATV kanalında yayımlanan “Futbolumuz” verlişinin aparıcısı Ceyhun Rzayevə məxsusdur.
Tanınmış telejurnalist “Qarabağ“ın müdafiəçisi Elvin Cəfərquliyevin “Ferensvaroş“la keçirilən Çempionlar Liqasının pley-off matçından sonra etdiyi hərəkətə diqqət çəkib. B
ildirib ki, komandanın bütün oyunçuları liqanın əsas mərhələsinə vəsiqə qazanmasına sevinib, amma Elvin hamıdan seçilib.
Onun azarkeşlərlə birlikdə qələbəni qeyd etməsini, “Kəhər“in kürəyinə atilmasını və digər jestlərini bir-bir sadalayıb.
Aparıcı deyib ki, Cəfərquliyev pozitiv, əhval-ruhiyyəsi həmişə şən biridir və hər çevrədə belə birinin olması lazımdır.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN