
Azərbaycan millisinin məşqçisi Rəşad Eyyubov DÇ-2026-nın seçmə mərhələsinin Ukrayna ilə matçından öncə təşkil olunan mətbuat konfransında iştirak edib.
Sportinfo.az mütəxəssisin fikirlərini diqqətinizə çatdırır:
"Məşqimizi plana uyğun keçirmişik. Qısa müddətdə əsas işimiz əhval-ruhiyyəni yüksəltməkdir.
Nə dərəcədə alındığını sabah görəcəyik. Keyfiyyət baxımından futbol kollektiv oyundur.
Fikirləşmirik ki, bir oyunçu çıxıb qeyri-adi nəsə edəcək. İnanıram ki, yaxşı oyun göstərmək üçün gücümüz, keyfiyyətimiz var".
Azərbaycan – Ukrayna qarşılaşması sentyabrın 9-da, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.