SON DƏQİQƏ: İki futbolçu millidən ayrıldı

8 Sentyabr 2025 15:00 Milli komanda 3 983
SON DƏQİQƏ: İki futbolçu millidən ayrıldı

Azərbaycanın əsas millisində ayrılıqlar yaşanıb.

Xəyal Əliyevlə Şahin Şəhniyarov komandanı tərk edib.

Hər iki futbolçu Fernandu Santuşu əvəzləyən Ayxan Abbasovun istəyi ilə U-21 millisinə qoşulacaq.

Səbəb Xəyalla Şahinin beynəlxalq oyunlarda daha çox şans və təcrübə qazanmasıdır.

Yeni baş məşqçi yaxından tanıdığı futbolçuların A millidə ehtiyat oyunçular skamyasında əyləşməsindənsə, U-21-də “11-lik”də yer almalarını məqsədəuyğun sayıb.

Azərbaycan millisini sentyabrın 9-da, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda Ukrayna millisi ilə qarşılaşacaq.

U-21 millimiz isə həmin gün, saat 18:00-da “Liv Bona Dea Arena”da Bolqarıstandan olan həmyaşıdlarını qonaq edəcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...