Qarabağda pis halda olan stadion indi belə qurulur - VİDEO

00:40 Gündəm 252
Qarabağda pis halda olan stadion indi belə qurulur - VİDEO

Xankəndi Şəhər Stadionunun əsaslı təmir işləri davam edir.

Sportinfo.az xəbər verir ki, bu barədə "Xankəndi" klubunun mətbuat xidməi məlumat yayıb.

Stadionda işlərin bu ay başa çatdırılması nəzərdə tutulub.

15 min tamaşaçı tutumuna malik olan Xankəndi stadionu 1956-cı ildə istifadəyə verilib. Stadionda futbolçular üçün paltardəyişmə, konfrans, tibb, hakimlər, texniki heyət üçün otaqlar yaradılıb.

Eyni zamanda, layihəyə əsasən stadionun daxilində bilet satışı, eləcə də müxtəlif ictimai iaşə obyektləri, yerüstü avtodayanacaqlar, nəzarət-buraxılış məntəqələri yaradılacaq.

III MDB Oyunlarının kamandan oxatma yarışlarının sentyabrda Xankəndi şəhər stadionunda keçirilməsi nəzərdə tutulur.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 02:10 "Şamaxı" yoxladı - 2:1