
Azərbaycanın məşhur yunan-Roma döyüşçüsü Eldəniz Əzizli yenidən gündəmə gəlib.
Lakin bu dıəfə qazandığı hansısa qızıl medalla yox, azyaşlı oğlunun bacarığı ilə.
Titullu idmançının 4 yaşlı oğlu atasının yolunu məharətlə davam etdirəcəyini güləş döşəyi üzərində göstərib.
Məşhur güləşçi balaca Ömərin həmyaşıdı ilə güləş görüntülərini telefonunun yaddaşına köçürərək sosial şəbəkə hesabında paylaşıb.
Məlum video izləyicilər tərəfindən maraqla qarşılanmaqla yanaşı, baxış rekordları qırıb.
Eldəniz Əzizli 4 dəfə dünya çempionatının (2018, 2022, 2023, 2024), 2 dəfə (2018, 2022) isə Avropa çempionatının qalibi olmuş titullu idmançıdır.
HƏBİB / SPORTİNFO.AZ
Videoya keçid etməklə sözügedən videoya baxa bilərsiz.