
İngiltərəli sabiq qapıçı Co Hart, “Mançester Siti”nin PSJ-dən transfer etdiyi Canluici Donnarumma barədə fikirlərini bölüşüb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, adətən italiyalı qolkiperin ayaqla oyunda güclü olmadığı vurğulansa da, Hart bununla razılaşmayıb:
“Donnarumma ayaqları ilə oynamaqda kifayət qədər bacarıqlıdır. Biz 16 yaşında “Milan”da debüt edən və qısa müddət əvvəl PSJ-yə ilk dəfə UEFA Çempionlar Liqasını qazandıran futbolçudan danışırıq.
Onun Premyer Liqada çıxış etməsinə sevinirəm, bu, əla transferdir. Pep Qvardiola yaxşı bilir ki, komandaya dünya səviyyəli qapıçı gəlib”.
Donnarummanın “Mançester Siti”yə keçidi 30 milyon avroya başa gəlib.