“Jirona”lı Azərbaycan millisinə qarşı oynamayacaq

01:00 Problem 145
“Jirona”lı  Azərbaycan millisinə qarşı oynamayacaq

Ukrayna millisi 2026-cı il dünya çempionatının seçmə mərhələsinin D qrupunun 2-ci turunda Azərbaycan yığması ilə Bakıda keçirəcəkləri oyun öncəsi ciddi itki ilə üzləşib.

Sportinfo.az xəbər verir ki, “Jirona”nın yarımmüdafiəçisi Viktor Tsıqankov Ukrayna komandasına kömək edə bilməyəcək.

O, ilk turda Fransa ilə oyunda (0:2) əzələ zədəsi alıb və Azərbaycan millisinə qarşı matçda vaxtında sağalmağa vaxt tapmayacaq.

Azərbaycan - Ukrayna oyunu sentyabrın 9-da Tofiq Bəhramov adına stadionda keçiriləcək və görüşə saat 20:00-da start veriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
8 Sentyabr 18:10 Çək və bizə göndər!
8 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM