Almaniya qazandı, Türkiyə və Qazaxıstan yığmaları biabırçı məğlubiyyət aldı - NƏTİCƏLƏR

Almaniya qazandı, Türkiyə və Qazaxıstan yığmaları biabırçı məğlubiyyət aldı - NƏTİCƏLƏR

2026-cı ildə təşkil olunacaq dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin növbəti oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, A, G, J və E qrupunda ümumilikdə 8 qarşılaşma gerçəkləşib.

A qrupunda yer alan Almaniya yığması Şimali İrlandiyanı qəbul ediv və inamlı qələbəyə sevinib.

E qrupunda qərarlaşan Türkiyə millisi isə İspaniya seçməsi ilə üz-üzə gəlib və evdə 6 cavabsız qola üzülüb. Qazaxıstan yığması isə Belçikaya səfərdə oxşar hesabla uduzub.

A qrupu

Almaniya – Şimali İrlandiya 3:1
Qollar
: Qnabri, 7. Amiri, 69. Virts, 72 – Prays, 34.

Lüksemburq – Slovakiya 0:1
Qol
: Riqo, 90.

Xal: Slovakiya – 6. Almaniya – 3. Şimali İrlandiya – 3. Lüksemburq – 0.

G qrupu

Litva – Niderland 2:3
Qollar
: Ginetis, 36. Girvaynis, 43 – Depay, 11; 63. Timber, 33.

Polşa – Finlandiya 3:1
Qollar
: Keş, 27. Levandovski, 45+2. Kaminski, 55 – Kallman, 88.

Xal: Niderland – 10. Polşa – 10. Finlandiya – 7. Litva – 3. Malta – 2.

J qrupu

Şimali Makedoniya – Lixtenşteyn 5:0
Qollar
: E.Elmas, 15. Bardi, 52. Çurlinov, 56. Qamili, 82. Stankovski, 90.

Belçika – Qazaxıstan 6:0
Qollar
: De Bröyne, 42; 84. Doku, 44; 60. Raskin, 51. Munye, 87.

Xal: Şimali Makedoniya – 11. Belçika – 10. Uels – 10. Qazaxıstan – 3. Lixtenşteyn – 0.

E qrupu

Gürcüstan – Bolqarıstan 3:0
Qollar
: Kvaratsxeliya, 30. Qaqnidze, 44. Mikautadze, 65.

Türkiyə – İspaniya 0:6
Qollar
: Pedri, 6; 62. M.Merino, 22; 45+1; 57. F.Torres, 53.

Xal: İspaniya – 6. Türkiyə – 3. Gürcüstan – 3. Bolqarıstan – 0.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 02:10 "Şamaxı" yoxladı - 2:1