Futbolumuzun unikallığı - Bu açıqlamalar dillər əzbəri olub

7 Sentyabr 22:05 Azərbaycan Futbolu 258
Futbolumuzun unikallığı - Bu açıqlamalar dillər əzbəri olub

Azərbaycan futbolunun özünəməxsus xüsusiyyətləri var.

Onlardan biri də baş məşqçilərin mətbuat konfranslarında səsləndirdikləri sanki əzbərlənmiş ifadələrdir.

Bəzən hansısa baş məşqçi kameralar önünə keçməmiş onun nə deyəcəyini öncədən ehtimal edirik. Əksəriyyətinin arxasında bıhanələr gizlənir.

Xüsusi seçilmiş “aforizmlər”in bir neçəsini təqdim edirik:

“Oyunun çətin keçəcəyini bilirdik. Futbolçularıma təşəkkür edirəm”.

“Əsas diqqəti uşaq futboluna ayırmalıyıq. Uşaq futbolu inkişaf etməsə, heç nə dəyişən deyil”.

“Hamı bilir ki, Tovuzda oynamaq çox çətindir”.

“Biz təbii örtüyə öyrəşmişik. Bu gün süni qazonda oynamaq bizim üçün çətin idi”.

“Bu komandanı mən yığmamışam. Nəticə qazanmaq üçün vaxt lazımdır”.

“Problemlərdən qorxsaydım, bu gün burada olmazdım”.

“Hakimlər barədə çox danışmaq istəmirəm (ardınca gözlərini yumub, ağzını açır, hakimlər barədə demədiyi söz qalmır).

“Meydan düz, top yumrudur. Futbolun bəzəyi qoldur”.

“Bu gün rəqib heç nə ilə yadda qalmadı. Öz səhvlərimiz ucbatından uduzduq”.

“Bu gün məğlub olduq. Səhvlərimizi analiz edib, növbəti oyuna hazırlaşacağıq”.

“Bugünkü idarəçiliyi hamınız gördünüz. Hakimılərin problemi komandamla deyil, mənimlədir”.

“Bu gün rəqib bizi ustalıq səviyyəsinə görə üstələdi”.

“Kim istəməz ki, komandasında “Qarabağ”dakı futbolçular olsun? Bu gün imkanımız çatan dərəcədə transferlər edirik”.

“Səviyyəli legionerləri Azərbaycana gətirmək çətindir. Vallah, gəlmirlər”.

“Yerli futbolçu tapmaq çətindir. Yaxşıları “Qarabağ”da yığışıb”.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 02:10 "Şamaxı" yoxladı - 2:1