Santuş millidən getmək üçün AFFA-dan elə pul istədi ki… Gözünüz dörd olacaq!

11:40 Milli komanda 965
Santuş millidən getmək üçün AFFA-dan elə pul istədi ki… Gözünüz dörd olacaq!

«Azərbaycan millisinin baş məşqçisi istefa verməsə, bu barədə özümüz tədbir görəcəyik».

Bunu AFFA-nın baş katibi Cahangir Fərəcullayev jurnalistlərə açıqlamasında deyib.

O, İslandiyaya qarşı keçirilən DÇ-2026-nın seçmə mərhələsinin oyunu (0:5) ilə bağlı danışıb:

“Bu nəticə millinin baş məşqçisi Fernandu Santuşun Azərbaycan xalqına qarşı olan hörmətsizliyidir. Belə məğlubiyyət yolverilməzdir. Biz bu məğlubiyyətin hesabatını gözləyirik. O, komandanı oyuna hazırlaya bilməyib”.

F.Santuş isə istefa barədə düşünmədiyini vurğulayıb:

“Mənim AFFA ilə müqaviləm var. Müqavilə şərtlərinə hörmət edirəm və işimi davam etdirirəm. AFFA düşünərsə ki, Fernandu Santuş uyğun deyil, bu barədə mənimlə danışar”.

O, həmçinin oyunun gedişində sistem dəyişikliyi etməyə çalışdığını, lakin istənilən nəticənin alınmadığını əlavə edib:

“Bu, tək mənim yox, hamının məsuliyyətidir. Azərbaycan millisinin aciz oyun göstərdiyini düşünmürəm.

Sadəcə, ikinci qoldan sonra komanda ruhdan düşdü. Ümid edirəm ki, qarşıdakı matçlarda daha yaxşı nəticə göstərəcəyik”.

Məsələ indi nədir və ya nə yerdədir?

Əldə etdiyimiz son məlumata görə, portuqaliyalı çalışdırıcı Azərbaycandan birdəfəlik getməyə hazırdır, amma…

İşin «əmma»sı odur ki, Santuş təzminat istəyir. Onun ödənilməsini tələb elədiyi kompensasiyanın məbləği sizi çaşdıracaq!

«Beşiktaş»ın sabiq sükançısı nə az, nə çox, düz 4,5 milyon dollar almaq niyyətindədir.

Vaxtilə ölkəsinin millisində işləmiş məşqçi təzminatın məbləğində güzəştə getmək fikrindən uzaqdır və bunu federasiya mənsublarına acıqca söyləyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti