Qurban Qurbanov niyə İtaliya və İspaniya klublarında işləyə bilmir? - VİDEO

8 Sentyabr 17:40 Qarabağ 1 400
Qurban Qurbanov niyə İtaliya və İspaniya klublarında işləyə bilmir? - VİDEO

«Qurban Qurbanov serb, yaxud polyak olsaydı, bu gün İtaliya və İspaniyada ortabab klublardan birini çalışdırardı».

Bu fikirlər ATV kanalında yayımlanan «Futbolumuz» verlişinin aparıcısı Ceyhun Rzayevə məxsusdur.

O, «Qarabağ»ın baş məşqçisinin ötən illər ərzində gördüyü işlərdən danışıb, böyük uğurlara imza atdığını, bununla belə, bəzən haqsız tənqidlərlə üzləşdiyini bildirib.

Tanınmış tejejurnalistin dediyinə görə, Qurbanov Ağdam klubu ilə Avropa səhnəsində bir çox yenilik etsə də, hələ də öz layiqli qiymətini almayıb:

«Biriləri onun aldığı maaşı müzakirə edir. «Qarabağ»ın 12 ildir avrokubokların qrup mərhələsinə vəsiqə qazanması yaddan çıxır.

Joze Mourinyonun son illərdəki nəticələrinə baxın. «Fənərbaxça»ya bu il də Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazandıra bilmədi.

Amma Türkiyə klubundan 15 milyon avro kompensasiya alacaq. Halbuki «Fənərbaxça» onun sözüylə transferlərə külli miqdarda pul xərcləmişdi.

Bəlkə də Qurban Qurbanovun futbol bəxtsizliyi ondadır ki, azərbaycanlıdır».

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti
8 Sentyabr 18:10 Çək və bizə göndər!
8 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM