"Bu qədər acizik ki, onun ümidinə qalmışıq?” - VİDEO

28 İyul 16:00 Maraqlı 387
"Bu qədər acizik ki, onun ümidinə qalmışıq?” - VİDEO

“Bu futbolçunu bir müddətdir izləyirəm.

Abdulla Xeybullayev kimdir ki, “Sabah” kimi bir komanda ona möhtac qalsın?

O, dayaq yarımümdafiəçi mövqeyində oynayır. Nə top qazanır, nə oyun quruculuğu var, nə güclü cərimə zərbələri var, amma davamlı şans əldə edir.

Bu qədərmi acizik ki, onun yerinə oynatmağa yerli futbolçu tapa bilmirik? Futbol olaraq Xeybullayevə qalmışıq?”.

Bu açıqlama “Sportinfo TV”də yayımlanan “Avropa həftəsi” verilişində səsləndirilib.

Tanınmış jurnalist Elçin Cəfərovun təqdimatında yayımlanan verilişdə sabiq futbolçu Amit Quluzadə “Sabah”ın Konfrans Liqasının ikinci mərhələsində “Petrokub”a qarşı keçirdiyi qarşılaşma (2:0) ilə bağlı dəyərləndirmələr edib,

Quluzadə Masazır təmsilçisinin heyətində Abdulla Xeybullayevlə bağlı tənqidi fikirlər səsləndirib.

Verilişin rəsmi tərəfdaşı “QOLAT Sport Services & Football Agency”dir. Şirkət dövlət, özəl, fərdlər arasında futbol və digər idman yarışlarını keçirən bir brenddir.

Hədəf təşkil edilən idman yarışları ilə üzvlərin iş stressini azaltmaq, yeni əməkdaşlıqlar, dostluqlar və ən əsası daha sağlam həyat tərzini aşılamaqdır, yaşamaqdır.

Son bir ildə isə şirkətə daha bir xidmət sahəsi əlavə edilib. Bu, FİFA Agentliyi xidmətidir.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti
28 İyul 07:10 Bu gün dənizə gedək?