Azərbaycan - Ukrayna matçını yunanlar idarə edəcək

7 Sentyabr 2025 14:25 Milli komanda 397
Azərbaycan - Ukrayna matçını yunanlar idarə edəcək

Azərbaycan komandasının Ukrayna yığması ilə Bakıda keçirəcəyi DÇ-2026-nın seçmə mərhələ oyununun hakim təyinatları açıqlanıb.

Sportinfo.az AFFA-nın saytına istinadən xəbər verir ki, görüşü Yunanıstandan olan hakimlər briqadası idarə edəcək:

Oyunun baş hakimi Vassilis Fotias olacaq. Yan xətdə ona Andreas Meintanas və Mixail Papadakis köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Anastasios Papapetru yerinə yetirəcək.

Angelos Evangelu və Yoannis Papadopulos isə VAR hakimləri olacaq.

Sentyabrın 9-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 İyun 18:10 Çək və bizə göndər!