
«Neftçi»nin baş məşqçisi Samir Abasova aid yeni iddialar yayılıb.
Sosial şəbəkələrdə tirajlanan xəbərlərə görə, klub rəhbərliyi onunla görüşüb,
Premyer Liqanın ilk üç turunda qeydə alınan uğursuz nəticələrə görə narazılığını bildirib.
Həmçinin Abasova 3 oyunluq möhlət verildiyi deyilir. Belə ki, komanda çempionatın növbəti həftələrində uğurlu nəticələr qazanmasa, yollar ayrılacaq.
Yayılan informasiyaları dəqiqləşdirdik. Məlum oldu ki, baş məşqçi rəsmilərlə daimi əlaqədədir və ilk 3 turun nəticələrini müzakirəyə çıxarıb.
Nəticələr qənaətbəxş olmasa da, hazırda istefa məsələsi gndəmdə deyil. Yəni ki, yönətim Abasova vəzifəsindən uzaqlaşdırılacağı yönündə heç bir xəbərdarlıq etməyib.
Təbii ki, mütəxəssisin özü də vəziyyətin ciddiliyindən halidir və başa düşür ki, gedişatı dəyişməsə, heç kim onun üzünə gülümsəməyəcək, kürəyinə sığal çəkməyəcək.
SPORTİNFO.AZ