Kapitan bölgə klubunun "Neftçi" ilə bağlı atmacasına səssiz qalmadı - FOTO

17 İyul 22:20 Maraqlı 564
Kapitan bölgə klubunun "Neftçi" ilə bağlı atmacasına səssiz qalmadı - FOTO

Premyer Liqanın debütantı "İmişli" "Neftçi"dən ayrılan Azər Salahını rənglərinə bağladı.

Bölgə klubu təcrübəli futbolçunu azarkeşlərinə xüsusi təqdimatla açıqladı.

"Qaranlıq bitdi, ağ tərəf səni gözləyir" cümləsinin yer aldığı məktubun məğzi "Neftçi"yə tuşlanmışdı.

Özü də iki mənada...

Bilirik ki, Salahlı "ağ qaralar"ın fanatları tərəfdən zaman-zaman tənqid olunurdu.

Və onun da yer aldığı komanda son illər yalnız uğursuz nəticələrlə yadda qalırdı.

Aran təmsilçisi də məhz bunlara eyham vururaq Salahlının qaranlıqdan işığa çıxmasını göstərməyə çalışıb.

Təbii ki, postdakı yanaşmada ölkənin ən köklü klubunu mədəni formada aşağılamaq elemetləri yox deyil.

Belədə "ağ qaralar"ın paylaşımı ən yaxşı halda görməzdən gələcəyini ehtimal etmək olardı.

Amma Emin Mahmudov səssizliyi pozub.

Heç də atmacaya cavab verməklə yox.

Kapitan sadəcə dostluq etdiyi Salahlıya uğur arzulamaqla yadda qalıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
17 İyul 18:10 Çək və bizə göndər!