
UEFA Gənclər Liqasında iştirak edəcək "Qarabağ"ın U-19 komandası problemlə üzləşib.
Baş məşqçi Rəşad Sadiqov arzuladığı heyəti yığmaqda çətinlik yaşayır.
Əcnəbilərin gəlməsində sənəd problemi olmasını qeyd etmişdik.
Təəssüf ki, yerlilər bağlı da problem yaranıb.
Belə ki, Ağdam təmsilçisi "Sabah", "Qəbələ" və "Neftçi"dən seçilən bəzi gəncləri heyətinə qatmağa cəhd edib.
Uzun sürən danışıqların sonunda klublar arasında anlaşma əldə olunmayıb.
Belədə adıçəkilən hər üç komanda da yetirmələrini "Qarabağ"a buraxmaqdan imtina edib.
Xatırladaq ki, "Qarabağ" U-19 komandası əsas komanda ilə bərabər ilk görüşünü 16 sentyabrda Portuqaliya təmsilçisi "Benfika"ya qarşı səfərdə keçirəcək.
XANOĞLAN / SPORTİNFO.AZ