_5.jpg)
İkinci Liqanın 24-cü turunun mərkəzi görüşü "ASK Arena"da keçiriləcək.
İkinci pillədə yer alan "Şəfa" lider "Şahdağ Qusar"ı qonaq edəcək.
Oyuna bir neçə gün qalmış bakılılar atdığı addımla futbol ictimaiyyətinin qınağına tuş gəliblər.
Öncə oyuna giriş baletinin qiyməti 10 manat dəyərində satışa çıxarıldı.
Satış isə yalnız qonaq azarkeşlər üçün həyata keçirildi.
Növbəti qalmaqal bilet almağa gələn qusarlı fanatlara cəmi 514 ədəd bilet satılması ilə yaşandı.
Səbəb kimi artıq bütün biletlərin satılması göstərildi.
Bu ölkədə heç "Qarabağ" - "Neftçi" görüşünə 2 manat bilet pul verən 8000 adam yoxdur.
Görəsən, İkinci Liqa klubuna bu qədər maraq hardandır?
Bundan da acınacaqlı hadisə isə satışa çıxarılan biletlərin üzərində tarixin səhv vurulmasıdır.
Özü də nöqsan gün, ay yox, birbaşa illə bağlıdır.
4 may, 2025 tarixində keçiriləcək görüşün biletləri fanatlara 4 may, 2024-cü il yazısı ilə satılıb.
Belə həvəskar yanaşma ilə idarə olunan klubdan başqa nə gözləmək olar?
Görünür, baş o qədər meydandan kənarda aparılan dırnaqarası mübarizəyə qarışıb ki, oyunun keçirilmə tarixi də yaddan çıxıb.
XANOĞLAN / SPORTİNFO.AZ