Babayev və Quliyevlə müqavilə uzadıldı - BİRİLLİK

7 Sentyabr 2025 08:50 Basketbol 612
Babayev və Quliyevlə müqavilə uzadıldı - BİRİLLİK

NTD basketbolçular Murad Babayev və Oğuzxan Quliyevlə müqavilə müddətini uzadıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən məlumat verilib.

Hər iki basketbolçu ilə daha bir mövsümlük anlaşma imzalanıb.

Azərbaycanın U-20 millisinin üzvü olan M.Babayev 2022-ci ildən NTD-nin formasını geyinir. U-18-in üzvü O.Quliyev isə bu ilin yanvarında komandaya dəvət olunub.

Digər Xəbərlər
Xəbər Lenti
23 Avqust 20:00 Çək və bizə göndər!