PSJ-nin ulduzu yığmamızla oyunu kınardan izləyəcək

7 Sentyabr 2025 16:05 Hadisə 376
PSJ-nin ulduzu yığmamızla oyunu kınardan izləyəcək

DÇ-2026-nın seçmə mərhələsində Ukrayna ilə oyunda zədələnən Fransa millisinin ulduzu Usman Dembelenin durumu ciddidir.

Sportinfo.az "RMC Sport"a istinadən xəbər verir ki, arxa bud əzələsindən zədə alan PSJ-nin vingeri 6 həftə meydana çıxa bilməyəcək.

Bu isə o deməkdir ki, 28 yaşlı futbolçu oktyabrın 10-da Azərbaycan millisi ilə keçiriləcək görüşü buraxmalı olacaq.

PSJ-nin daha bir futbolçusu, Deziro Due də Fransa millisinin heyətində zədə alıb. Onun isə təxminən 4 həftə yaşıl meydanlardan uzaqda qalacağı bildirilib.

Oktyabrın 10-da Parisdəki “Park de Prens” stadionunda keçiriləcək Fransa - Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 17:30 Çək və bizə göndər!
22 Aprel 08:20 Bizim qızların reytinqi