
“Atletiko”nun hücumçusu Aleksander Sörlot haqqında çıxan transfer xəbərlərinə münasibət bildirib.
Sportinfo.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, norveçli futbolçu bu məlumatların onun üçün gözlənilməz olduğunu deyib:
“Bu məlumatlar mənim üçün gözlənilməz oldu. “Atletiko”da xoşbəxt olmadığımı deyə bilmərəm.
Dünyanın ən güclü klublarından birində olmaqdan zövq alıram. Mövsümün əvvəlində uğursuz başladıq, amma vəziyyəti düzəldəcəyik”.
29 yaşlı forvardın “Atletiko” ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub. Onun komandası hazırda La Liqada üç turun sonra 2 xal toplayaraq, turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.