Tanınan idmançıların özlərindən də məşhur sevgililəri

19 May 03:00 Maraqlı 364
Tanınan idmançıların özlərindən də məşhur sevgililəri

İxtisaslaşmış GSM portalı ən çox izləyicisi olan məşhur idmançıların həyat yoldaşları və sevgililərinin siyahısını tərtib edib.

Siyahının ilk pilləsində amerika futbolçusu Travis Kelsi ilə münasibətdə olan müğənni Teylor Svift qərarlaşıb.

281 milyon izləyici ilə reytinqə böyük fərqlə liderlik edir.

İkinci yerdə daha bir müğənni Kardi B qərarlaşıb. "İnstaqram"da 163 milyon izləyicisi olan 32 yaşlı sənətçi başqa bir amerika futbolçusu Stefon Diqqs ilə münasibətdədir.

Üçüncü pillədə isə hindistanlı aktrisa və model Anuşka Şarma yer alıb. Onun 69,2 milyon izləyicisi var. Anuşkanın həyat yoldaşı Virat Kohli Hindistan kriket yığmasının kapitanıdır.

Dördüncü sırada "Əl-Nəsr"in ulduz futbolçusu Kriştiano Ronaldonun nişanlısı Corcina Rodrigez qərarlaşıb. Argentinalı model və influenserin 66,4 milyon izləyicisi var.

Heybət

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER