
“Barselona”nın yarımmüdafiəçisi Pedri İspaniya yığmasının DÇ-2026-nın seçmə mərhələsində Türkiyə üzərində inamlı qələbəsinə (6:0) böyük töhfə verib.
22 yaşlı futbolçu oyunun 6-cı dəqiqəsində hesabı açıb, 62-ci dəqiqədə isə son nöqtəni qoyub. O, ikinci qolundan dərhal sonra əvəzlənib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, matçdan sonra Pedri dubl etdiyinə görə sevincli olduğunu bildirib:
“Dubl etdiyimə görə sevincliyəm, amma ən çox komandamızın qələbəsi məni xoşbəxt edir. Mənim üçün əsas olan komandama kömək etməkdir, qollar isə ikinci plandadır”.
İspaniya yığması iki turdan sonra 6 xal toplayaraq seçmə mərhələdə qrupun lideridir. Luis de la Fuentenin komandası növbəti görüşünü oktyabrın 11-də evdə Gürcüstan millisinə qarşı keçirəcək.