Türkiyə klubunda işləmək istəmədi - Məşhur baş məşqçi

8 Sentyabr 18:40 Türkiyə 215
Türkiyə klubunda işləmək istəmədi - Məşhur baş məşqçi

“Fənərbaxça”nın prezidenti Ali Koç açıqlayıb ki, klubun baş məşqçi postu üçün ilk hədəfi italiyalı mütəxəssis Luçano Spalletti olub.

İstanbul təmsilçisi Joze Mourinyonun qovulmasından sonra yeni baş məşqçi axtarışlarını davam etdirir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Türkiyə klubunun rəhbəri Spallettinin onların birinci seçimi olduğunu bildirib:

“Spalletti bizim birinci seçimimiz idi, ancaq o, bu mövsüm işə qayıtmaq istəmədiyini bildirdi.

Komandamızda çoxlu legioner var və buna görə də Avropa təcrübəsinə malik əcnəbi mütəxəssis gətirməyin daha doğru olacağını düşünürük.

Hazırda bir neçə namizədlə əlaqə saxlayırıq və yaxın günlərdə yeni baş məşqçinin adını açıqlayacağıq”.

Luçano Spalletti bu ilin iyununda İtaliya yığmasının baş məşqçi vəzifəsindən uzaqlaşdırılıb.

Digər Xəbərlər
Xəbər Lenti
8 Sentyabr 18:10 Çək və bizə göndər!
8 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM