Bu gün İtaliya və Danimarka oynayacaq - DÇ-2026-da seçmə mərhələ

8 Sentyabr 18:20 Dünya çempionatı 218
Bu gün İtaliya və Danimarka oynayacaq - DÇ-2026-da seçmə mərhələ

2026-cı ildə təşkil olunacaq futbol üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin növbəti oyunları bu gün keçiriləcək.

Sportinfo.az xəbər verir ki, B, C, I və L qruplarında ümumilikdə 7 qarşılaşma baş tutacaq.

İtaliya yığması İsraillə qarşılaşacaq. İsveçrə isə Sloveniyanı qəbul edəcək.

İlk turda İslandiyaya 0:5 hesabı ilə uduzan Azərbaycan millisi sabah 2-ci turda Ukrayna ilə üz-üzə gələcək.

B qrupu

22:45. Kosovo - İsveç

22:45. İsveçrə - Sloveniya

Xal durumu: İsveçrə - 3, İsveç - 1, Sloveniya - 1, Kosovo - 0.

C qrupu

22:45. Belarus - Şotlandiya

22:45. Yunanıstan - Danimarka

Xal durumu: Yunanıstan - 3, Danimarka - 1, Şotlandiya - 1, Belarus - 0.

I qrupu

22:45. İsrail - İtaliya

Xal durumu: Norveç - 12, İsrail - 9, İtaliya - 6, Estoniya - 3, Moldova - 0.

L qrupu

22:45. Cəbəllütariq - Farer adaları

22:45. Xorvatiya - Monteneqro

Xal durumu: Çexiya - 12, Xorvatiya - 9, Monteneqro - 6, Farer Adaları - 3, Cəbəllütariq - 0.

Digər Xəbərlər
Xəbər Lenti
8 Sentyabr 18:10 Çək və bizə göndər!
8 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM