QAÇIRMAYIN! "Qarabağ"a 15 milyon avroluq hücumçu "NÜMUNƏ"si

14:50 Qarabağ 2 665
QAÇIRMAYIN! "Qarabağ"a 15 milyon avroluq hücumçu "NÜMUNƏ"si

"Qarabağ" Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanmaqla büdcəsini təxminən 45 milyon manat zənginləşdirmiş oldu.

Bunu eşidən ictimaiyyətdə yenə "Qarabağ" milyonluq oyunçular transfer etsin" havası pərvaz edir.

Bildiyiniz kimi, Türkiyə nəhəngi "Beşiktaş" Konfrans Liqasında "Lausanne"yə məğlub olmaqla mübarizəni dayandırmış oldu.

Pley-off matçını izlədikcə ağlımdan ancaq yuxarıda "Qarabağ" milyonluq oyunçular transfer etsin" deyən adamların fikirləri var-gəl edib.

"Qara qartallar"ın hücumçusu Abrahamın 15 milyon avro qiyməti var.

Təxminən "köhlən atlar"ın büdcəsinin 60%-i dəyərində.

27 yaşlı forvard "Çelsi" "Milan", "Roma" kimi dünya nəhənglərinin formasını geyinib.

İngiltərə millisində 11 oyunda forma geyinib.

Bütün aşağı yaş millilərdə çıxış edib.

Təqdimat möhtəşəm. Siz bir də onun həmin görüşdə qaçırdığı şanslara baxın.

"Beşiktaş" elə ən başda həmin 15 milyon avroluq hücumçu Abrahama görə Konfrans Liqasının əsas mərhələsinə gedə bilmədi.

Çempionlar Liqası yox a, Konfrans Liqasının əsas mərhələsinə...

Ən azı 3 real qol şansını boşa xərclədi.

İki dəfə boş qalan qapını nişan ala bilmədi.

Biz də burda 150-200 min avro qiyməti olan Nərimanı Musanı linç edirik.

Razıyam, "Qarabağ"a yeni hücumçu mütləq lazımdır, amma bu yolda mütləq milyonlar xərcləməlisən deyə bir şey yoxdur.

Uğuru milyonluq oyunçular gətirsəydi Türkiyə nəhəngləri hər il ən azı Konfrans Liqasının kubokunu Türkiyəyə gətirirdilər.

Çox uzağa getmək lazım deyil.

Qardaş ölkə bu baxımdan həqiqətləri görmək üçün ciddi faktdır. "Qarabağ"ı qınayanda bir də yaxın ətrafa göz gəzdirmək yerinə düşər.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti