"Ona əvəzləyici tapmaq üçün 40-45 milyon avro xərcləməli olacaqdılar"

01:30 Türkiyə 273
"Ona əvəzləyici tapmaq üçün 40-45 milyon avro xərcləməli olacaqdılar"

“Qalatasaray”ın baş məşqçisi Okan Buruk “İnter”in Hakan Çalhanoğlunu buraxmamasının səbəbini açıqlayıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, türkiyəli futbolçunun mövqeyində ən yaxşılardan olduğunu söyləyib:

“Hakan Çalhanoğlu mövqeyində Avropanın ən yaxşı oyunçularından biridir. Onun satılmamasının səbəbi transfer pəncərəsinin son günü olması və “İnter”in onu buraxmaq istəməməsidir.

Mən nəyinsə dəyişəcəyini düşünmürəm. “İnter” ona əvəzləyici tapmaq üçün 40-45 milyon avro xərcləməli olacaqdı.

Çalhanoğlu “Qalatasaray”a keçmək üçün böyük fədakarlıq etməli idi, amma “İnter” onun getməsini istəmədi”.

Türkiyə klubunun bu yay 31 yaşlı futbolçunun transferi ilə bağlı italyanlarla danışıqlar apardığı bildirilib.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 02:10 "Şamaxı" yoxladı - 2:1