“Qarabağ”ın peşəkar futbolçuları musiqili festivalda hansı əsasla oynayır? - FOTO

14 İyun 20:00 Maraqlı 315
“Qarabağ”ın peşəkar futbolçuları musiqili festivalda hansı əsasla oynayır? - FOTO

Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən “Art Football Fest” musiqili futbol festivalında Azərbaycan komandası da iştirak edir.

İştirakçılar əsasən incəsənət adamlarıdır – aktyor, müğənni, çalğı aləti ifaçısı və sair.

Lakin ölkəmizi təmsil edən komandada keçmiş peşəkar futbolçuların adlarına da rast gəlmək mümkündür.

Baş məşqçi başa çatan mövsümdə “Səbail”də baş məşqçi Elvin Məmmədovun köməkçisi kimi çalışmış Elhad Nəziridir.

Top dalınca qaçanların arasında “Qarabağ”dan tanıdığımız Vüqar Nadirov, Azərbaycan millisinin keçmiş üzvü Ramal Hüseynov, “Xəzər Lənkəran”la Premyer Liqada oynamış Elvin Mirzəyev və “Qarabağ”ın sabiq üzvü Hüseyn İsgəndərov var.

Turnirin musiqili futbol festivalı olduğunu nəzərə alsaq, komandamızda peşəkarların yer alması sual doğurmaya bilməz.

Maraqlandıq və məlum oldu ki, bu addım yarışın reqlamentinə uyğun atılıb. Təşkilatçılar hər komandada dörd peşəkarın olmasına icazə verib.

İkisi start heyətində yer ala bilər, digər iki nəfər ehtiyat oyunçular skamyasında əyləşib, matçın gedişində yalnız peşəkarları əvəzləmək hüququna malikdir. Yəni hansısa qayda pozuntusundan söhbət gedə bilməz.

Maraq üçün bildirək ki, 3 oyunda aktivinə 6 xal yazan komandamız yarımfinalda Macarıstanla qarşılaşacaq. Oyun iyunun 14-də Bakı vaxtı ilə saat 19:00-da Moskvadakı “Oktyabr” stadionunda təşkil olunacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 18:10 Çək və bizə göndər!