
Müğənni Lətifə Soyuöz oğlu Ariflə bağlı paylaşım edib.
Sportinfo.az xəbər verir ki, sənətçi övladının gerçəkləşən arzusundan danışıb.
"Yadınıza gəlirsə, sizə demişdim Arifə çox tanınmış dünya ulduzunun şəxsi oyun maykası göndərilib. O bildirib ki, “Barselona”nın gənc ulduzu Lamin Yamal övladına imzalı köyməyini göndərib:
Oyundan sonra üstündən çıxardıb və şəxsən Arifə göndərib. Lamin Yamalın özünə aid olan həmin köynək Arifin əynindədir.
Bir daha onu anladım ki, insan saf ürəklə bir şey istəyərsə, Allah onu mümkün edər. Arif, Allah hər zaman səni eşitsin".