Millimiz Avropa kubokunun finalında məğlubiyyət aldı

8 Sentyabr 2025 02:30 Basketbol 533
Millimiz Avropa kubokunun finalında məğlubiyyət aldı

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Danimarkanın paytaxtı Kopenhagendə keçirilən Avropa kubokunda final görüşünü keçirib.

Sportinfo.az xəbər verir ki, yığmamız turnirin həlledici mərhələsində Niderlandla qarşılaşıb və 16:21 hesabı ilə məğlub olub.

Bununla da millimiz Avropa kubokunun ilk medalını - gümüş medal qazanıb.

Azərbaycan yığması daha əvvəl qrup mərhələsində Fransa (21:16), Ukraynaya (21:14), 1/4 final mərhələsində isə Polşaya (16:13) qalib gəlib.

Millimiz 1/2 final mərhələsində İspaniya millisi ilə üz-üzə gəlib və rəqibini 21:17 hesabı ilə məğlub edib.

Digər Xəbərlər
Xəbər Lenti
23 Avqust 20:00 Çək və bizə göndər!