İkinci dəfə Azərbaycan komandası ilə yolu kəsişdi

8 Sentyabr 17:20 Araşdırma 240
İkinci dəfə Azərbaycan komandası ilə yolu kəsişdi

Yunanıstanlı FIFA referisi Vassilis Fotias ikinci dəfə Azərbaycan komandasının matçına təyinat alıb.

Sportinfo.az xəbər verir ki, DÇ-2026-nın seçmə mərhələsinin Azərbaycan - Ukrayna oyununu idarə edəcək 36 yaşlı referi növbəti dəfə Bakıya səfər edəcək.

Yunanıstanlı ədalət təmsilçisi daha əvvəl 2021-ci ildə Azərbaycanın U-21 yığmasının Norveçlə görüşündə iş başında olub.

Həmin vaxt "Baksell Arena"da (hazırkı "Neftçi Arena") gerçəkləşən qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Fotias İsmayıl Zülfüqarlıya, Mustafa Yıldırıma, qonaqlardan isə Leo Hyeldeyə, Sebastyan Sebulonsenə və Noah Holma sarı vərəqə göstərib.

Vassilis Fotias 2021-ci ildən UEFA turnirlərinə təyinat alır. O, daha əvvəl UEFA Çempionlar Liqası və UEFA Konfrans Liqasının təsnifat mərhələlərinin qarşılaşmalarını idarə edib.

FIFA referisi karyerasında ikinci dəfə əsas milli komandaların seçmə mərhələdəki görüşünə təyinat alıb. O, 2023-cü ildə Farer adaları - Moldova matçında (0:1) söz sahibi olub.

Azərbaycan – Ukrayna qarşılaşması sentyabrın 9-da, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
8 Sentyabr 18:10 Çək və bizə göndər!
8 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM