Millini kim çalışdırsın? - AFFA rəhbərliyində müzakirələr başladı

7 Sentyabr 2025 09:50 Milli komanda 8 167
Millini kim çalışdırsın? - AFFA rəhbərliyində müzakirələr başladı

AFFA rəhbərliyində yer alan əksər şəxslər Fernandu Santuşun tezliklə istefaya göndərilməsinə tərəfdardır.

Bu barədə saytımıza federasiyadan məlumat daxil olub.

Redaksiyamıza ötürülən informasiyaya görə, millinin dünya çempionatının seçmə mərhələsinə böyükhesablı məğlubiyyətlə başlaması yönətimin hazırkı baş məşqçiyə münasibətini kəskin dəyişib.

İslandiya səfərində qeydə alınan darmadağın (0:5) AFFA başbilənlərini yerindən tərpədib. Rəsmilər arasında bununla bağlı məşvərət keçirilib.

Vitse-prezident Balakişi Qasımov və Maksud Adıgözəlov portuqaliyalı mütəxəssisin təcili istefaya göndərilməsini istəyib, bu vəzifəyə yerli çalışdırıcının gətirilməsinin vacibliyini qeyd edib.

Baş katib Cahangir Fərəcullayev də onunla yolların ayrılmasına tərəfdardır.

Elşad Nəsirov Fernandu Santuşa etimadın davam etdirilməsindən yanadırsa, prezident Rövşən Nəcəf yekun qərarın sentyabrın 9-da verilməsinin lehinədir.

O, bu qənaətdədir ki, həmin gün Ukrayna ilə keçiriləcək ikinci matçın nəticəsini gözləmək lahımdır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...