AFFA rəhbərliyinin millinin baş məşqçisi ilə bağlı ŞOK PLANI!

09:40 Milli komanda 1 004
AFFA rəhbərliyinin millinin baş məşqçisi ilə bağlı ŞOK PLANI!

AFFA rəhbərliyinin sabah gecə saatlarında, uzaqbaşı, avqustun 10-da, sabah səhər toplaşması gözlənilir.

Məşvərət xarakteri daşıyan toplantını mövzusu birdir - Fernandu Santuş.

Millimiz sabah DÇ-2026-nın seçmə mərhələsinin ikinci turu çərçivəsində Ukraynanı qəbul edəcək. İlk turda İslandiyaya səfərdə 0:5 hesabıyla uduzan yığmamızın qarşıdakı matçı baş məşqçi üçün həlləedici ola bilər.

Bu dəfə də nəticə bərbad olarsa, portuqaliyalı mütəxəssisin istefaya göndərilməsi müzakirəyə çıxarılacaq. Federasiyanın əsas söz sahiblərindən yalnız Elşad Nəsirov Santuşun qalmasına tərəfdardır.

Vitse-prezidentlər Balakişi Qasımov, Maksud Adıgözəlov, həmçinin baş katib Cahangir Fərəcullayev onunla yolların ayrılmasını lazım bilir.

Rövşən Nəcəfin də öz fikri var - qurumun prezidenti prosesə bir qədər ehtiyatla yanaşır, gözləmə mövqeyi sərgiləyir.

Şər deməsən, xeyir gəlməz: işdir, milli doğma publika önündə məğlubiyyətlə üzləşsə, Santuşa müqaviləni qarşılıqlı şəkildə pozmaq təklif olunacaq.

Əlbəttə, AFFA başbilənləri anlayır ki, onun 1 sent almadan getmək fikri yoxdur. Sadəcə, danışıqlara girişi məhz bu istiqamətdən başlamaq niyyəti güdürlər ki, sonrakı mərhələdə təzminatın məbləğini aşağı sala bilsinlər.

Çünki baş məşqçinin kontraktı 2028-ci ilədək qüvvədədir və burada milyonlarla dollar kompensasiyaya dair xüsusi bənd yer almaqdadır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti