"Məğlubiyyət mümkün idi, amma bu qədər acınacaqlı gözləmirdik”

7 Sentyabr 2025 23:20 Milli komanda 569
"Məğlubiyyət mümkün idi, amma bu qədər acınacaqlı gözləmirdik”

“Komanda oyun boyu müdafiəyə fokuslanmışdı.

Rəqib evdə oynayırdı, məğlubiyyət mümkün idi, amma bu qədər acınacaqlı nəticə gözləmirdik”.

Sportinfo.az xəbər verir ki, bunu teleqraf-a açıqlamasında Azərbaycan millisinin sabiq baş məşqçisi Arif Əsədov yığmanın İslandiyaya qarşı oyundakı 0:5 hesabı ilə ağır məğlubiyyətindən danışarkən deyib.

55 yaşlı mütəxəssis darmadağının səbəbini oyun planının düzgün qurulmamasında görüb:

“Müxtəlif səbəblər ola bilər, amma futbolçuların oyun praktikası və fiziki hazırlıq çatışmazlığı buna təsir edə bilər. Əsas səbəb isə oyun planının düzgün qurulmamasıdır.

Qarşılaşma boyu komanda ancaq müdafiə haqqında düşünürdü. Öz zonamıza çəkilir, topu ələ keçirəndən sonra isə tez bir zamanda itirirdi.

3-4 ötürmə belə alınmırdı. Görünür, futbolçulara bu cür tapşırıq verilmişdi.

Çünki bir-iki nəfər yox, bütün komanda olaraq müdafiədə qol buraxmamağa çalışırdılar. Topu ələ keçirdikdən sonra hücuma qoşulmaq üçün çox açılmırdılar ki, əks-hücumda yaxalanmasınlar.

Rəqib topa daim nəzarət etdikdə və müdafiəyə oturduqda enerji tükənir. Belə oyunlarda buraxılan bir topun davamı gəlir”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...