Qarabağ regionuna aid komandaya bir "vaqon" legioner gətirildi

12:20 II Divizion 222
Qarabağ regionuna aid komandaya bir "vaqon" legioner gətirildi

I Liqada ikinci mövsümünü keçirməyə hazırlaşan «Cəbrayıl» yenilik edib.

Üç il öncə fəaliyyətə başlayan klub ilk dəfə legionerlərin xidmətindən yararlanacaq.

Qarabağ bölgəsinə aid rayonun təmsilçisi düşərgəsinə birdən-birə 8 əcnəbi gətirib. Yeddisi afrtikalı, biri fransalı olan xarici oyunçular rəhbərliyin seçimidir.

Yəni ki, onlar yeni baş məşqçi Bəxtiyar Soltanovun təşəbbüsü ilə düşərgəyə cəlb edilməyib.

Bu da təsadüfi deyil. Növbəti sezonun çalışmalarına gec start vermiş komandanı bir çox yerli oyunçu tərk eləyib.

Legionerlərin qiymətləri isə nisbətən münasibdir. 300-500 dollar civarında əməkhaqqı ödəmək kifayətdir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti