Idman naziri: “Eldar Qasımov və Nigar Camalla qonşuyuq”

02:20 Maraqlı 91
Idman naziri: “Eldar Qasımov və Nigar Camalla qonşuyuq”

Gənclər və idman naziri Fərid Qayıbov bəyəndiyi müğənnilərin adlarını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, nazir ASAN TV-yə müsahibəsində ailəliklə yerli və xarici musiqilərə qulaq asdıqlarını bildirib.

O qeyd edib ki, evində Aygün Kazımova çox populyardır: "Yaxşı mahnıları var, neçə ildir estradadadır".

Faiq Ağayevlə feysbukda dostluq etdiyini deyən nazir Avroviziya Beynəlxalq Mahnı Müsabiqəsinin qalibləri Eldar Qasımov və Nigar Camalla qonşu olduğunu diqqətə çatdırıb.

F.Qayıbov nazirliyin tədbirlərində "Mardan" qrupunun fəal iştirak etdiyini də söyləyib:

"Düşünürəm ki, gənc və istedadlı kollektiv, populyar qrupdur. Onların musiqilərinə də qulaq asırıq".

Nazir Azərbaycanda bu sahənin də inkişaf etdiyini vurğulayıb:

"Digər müğənnilərimiz də çoxdur. Azərbaycanda bu sahə də inkişaf edir. Gənclik illərimizin mahnılarını bəzən uşaqlara da göstərirəm. Onların da xoşuna gəlir".

Digər Xəbərlər
Xəbər Lenti
14 Avqust 20:20 Elmar Baxşıyev fərqi...
14 Avqust 16:20 "Sabah" - 6000 SATILIB