PSJ-nin müdafiəçisi: "Azərbaycan millisi ilə oyunda qalib gəlməliyik"

8 Sentyabr 2025 01:20 Milli komanda 525
PSJ-nin müdafiəçisi: "Azərbaycan millisi ilə oyunda qalib gəlməliyik"

"Ukrayna millisi DÇ-2026-nın seçmə mərhələsinin növbəti oyununda qalib gəlməlidir".

Sportinfo.az xəbər verir ki, bu barədə yığmanın üzvü İlya Zabarnı Ukrayna Futbol Assosiasiyasının rəsmi saytına açıqlama verib.

PSJ klubunda çıxış edən müdafiəçi I turda Fransaya iki cavabsız qolla uduzduqları qarşılaşma haqqında fikirlərini bölüşüb:

"Müsbət nəticə əldə etməyimizi istərdim. Amma bu, futboldur. Qalib gəlməli olduğumuz növbəti matça köklənəcəyik".

Ukrayna seçmə mərhələdə növbəti görüşünü Azərbaycan millisinə qarşı keçirəcək.

Azərbaycan – Ukrayna qarşılaşması sentyabrın 9-da, saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...