Türkiyə - İspaniya matçı Azərbaycanda canlı göstəriləcək

18:10 Gündəm 575
Türkiyə - İspaniya matçı Azərbaycanda canlı göstəriləcək

DÇ-2026-nın seçmə mərhələsinin E qrupunda bu gün keçiriləcək 2-ci turun Türkiyə - İspaniya oyunu Azərbaycanda da canlı yayımlanacaq.

Sportinfo.az xəbər verir ki, görüş “CBC Sport” kanalı ilə birbaşa nümayiş etdiriləcək. Oyun Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.

Türkiyə kanallarından isə görüşü TV 8 yayımlayacaq.

Bir turdan sonra ehtiyatında 3 xalı olan Türkiyə və İspaniya yarışdıqları E qrupunda şərikli liderdirlər.

Digər Xəbərlər
Xəbər Lenti