Millimizin qapısına qol vurdu, problem yaşadı - Oynamayacaq?

08:50 Problem 142
Millimizin qapısına qol vurdu, problem yaşadı - Oynamayacaq?

İslandiya yığmasının oyunçusu Albert Qudmundssonun komandanın heyətində sentyabrın 9-da Fransaya qarşı dünya çempionatının ikinci seçmə oyununa çıxıb-çıxmayacağı bəlli deyil.

Sportinfo.az bu barədə 433.is-ə istinadən məlumat verir.

Albert islandların Azərbaycana 5:0 hesabı ilə qalib gəldikləri oyunda qol vurub və məhsuldar ötürmə edib, lakin qol vuran zaman zədə alıb. Baş məşqçi Arnar Qunnlauqsson məsələyə aydınlıq gətirib.

"Baxmaq lazımdır, onun ayağı burxulub. Onun çərşənbə axşamına hazır olub-olmayacağını yaxın bir-iki günə dəyərləndirəcəyik.

Ancaq onun qol vurması yaxşı oldu. Mən bu oyunda ondan qol tələb etdim və çoxlu məhsuldar ötürmələr etdi", - baş məşqçi deyib.

Digər Xəbərlər
Xəbər Lenti