
Azərbaycan futbol tarixində ilk yaşanıb.
“
Barselona”nın “Juvenil B” komandasının düşərgəsində məşqlərə qoşulan İbrahim Babayevlə müqavilə imzalanıb.
O, artıq “Barselona”da oynayacaq.
2008-ci il təvəllüdlü oyunçu Azərbaycan millisinin üzvüdür. O, bundan əvvəl İsveçrə “Servett”ində oynayıb.
İmza mərasimində “Barselona” gənclər heyətinin direktoru Soler Ferre və məşhur ispan futbolçusu Xose Ramon Aleksanko iştirak ediblər.
İbrahim Babayev kimdir? Məlumunuz olsun ki, yarımmüdafiəçi “Sumqayıt“ın prezidenti Riad Rəfiyevin yaxın qohumudur.
Bir qədər də dəqiqləşdirsək, o, “kimyaçılar“ın başqanının bacısı oğludur.
Yeniyetmə bu munasibətlərə görə İspaniyanın məşhur klubuna gedib çıxmayıb. “Barselona”nın skautları onu Bakıda keçirilən seçimlər zamanı görüb və bəyənib.
SPORTİRFO.AZ