
“Real”ın yarımmüdafiəçisi Dani Sebalyos karyerasını İtaliya çempionatında davam etdirə bilər.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Yuventus” ispaniyalı futbolçunun transferində maraqlıdır.
İtaliya klubunun rəhbərliyi onu yanvar transfer pəncərəsində almağa çalışacaq.
29 yaşlı futbolçu 2024/25 mövsümündə 45 matçda 2 məhsuldar ötürmə edib. Onun Madrid klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin ortalarına kimidir.