Braziliyalı əfsanə azərbaycanlı futbol adamının hansı istəyinə "yox" demədi? – VİDEO

2 Avqust 2024 22:20 Maraqlı 1 876
Braziliyalı əfsanə azərbaycanlı futbol adamının hansı istəyinə "yox" demədi? – VİDEO

Millimizin sabiq yarımmüdafiəçisi Əfran İsmayılovun forma imzalamaq istəyinə "Fənərbaxça"nın əfsanəsi Aleks De Souza razılıq verib.

İsmayılov hazırda Türkiyənin Ərzurum bölgəsində hazırlıq keçən "Araz Naxçıvan"ın məşqçilər korpusunda yer alır.

Braziliyalı veteran futbolçunun baş məşqçisi olduğu "Antalyaspor" isə "Neftçi"nin də yer aldığı yaxınlıqdakı otellərin birində məskunlaşıb.

İsmayılovun istəyini gənc mütəxəssisə "ağ qaralar"ın tərçüməçisi Vüqar Əliyev çatdırıb.

O da etiraz etməyib.

Və çox sayda "Fənərbaxça" formasına şəxsi imzasını ataraq Əfran İsmayılova verib.

Onu da əlavə edək ki, veteran futbolçumuz ötənlərin ulduz simasına özü üçün yox, yaxın dostlarının xahişini yerinə yetirmək üçün müraciət etməli olub.

O, "Fənərbaxça" imzalı formaların hamısını Bakıdakı tanışlarına bağışlayacaq.

XANOĞLAN / SPORTİNFO.AZ

Məlum videoya aşakıdakı linkdə baxa bilərsiniz:

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 17:50 Çək və bizə göndər!
7 Noyabr 09:00 Qurban Qurbanov təkdir
7 Noyabr 08:50 Zubir Mahirə çatacaq?
7 Noyabr 07:50 Pensiyalar artırılacaq?