Tanınmış azərbaycanlı müğənni: "Messi istedadının çörəyini yeyir, Ronaldo isə…"

11 Fevral 11:05 Maraqlı 7 941
Tanınmış azərbaycanlı müğənni: "Messi istedadının çörəyini yeyir, Ronaldo isə…"

«Mən futbolu yaxşı başa düşürəm və onun incəliklərini bilirəm».

Bu sözlər müğənni Vasif Məhərrəmliyə aiddir.

Tanınmış sənət adamı idmanın ən populyar növüylə bağlı düşüncələrini dilə gətirib. O, bu sahənin inkişafının «alt yapı»dan başladığını söyləyib:

«İstənilən bir ölkədə futbolun güclü inkişafı akademiyaların fəaliyyətindən asılıdır. Hər uşaqdan futbolçu olmaz.

Bu, istedad və iradədən asılıdır. Akademiyalar yaradılmalı, yüzlərlə uşağa futbolun sirləri öyrədilməlidir.

Beş yüz uşaqdan sonradan 5 futbolçu çıxsa, bu, böyük işdir. Götürək Lionel Messini.

Mən onu bu dünyadan saymıram, başqa planetin adamıdır. Messi istedadının çörəyini yeyir.

Kriştianu Ronaldo isə başqa tip futbolçudur. Ronaldonun Messi qədər istedadı yoxdur.

Ronaldo əzmkarlığı sayəsində bu səviyyəyə gəlib çatıb».

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"