21-ci əsrdə poker edən ən yaşlı futbolçular - SİYAHI

6 Aprel 2023 15:40 Maraqlı 416
21-ci əsrdə poker edən ən yaşlı futbolçular - SİYAHI

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 21-ci əsrdə poker edən ən yaşlı futbolçuların siyahısını açıqlayıb.

Sportinfo.az qurumun saytına istinadən xəbər verir ki, ilk pillədə "Libertad"da (Paraqvay) çıxış edən Oskar Kardozodur.

O, bu il, aprelin 3-də "Serro Portenyo"nu 5:0 hesabı ilə məğlub etdikləri oyunda 39 yaş 318-ci günündə dörd qol vurub.

21-ci əsrdə poker edən ən yaşlı futbolçular:

1. Oskar Kardozo ("Libertad"ın heyətində "Serro Portenyo"ya qarşı, 2023-cü il) - 39 yaş 318-ci gün

2. Pablo Eskobar ("Strongest"in heyətində "Blominq"ə qarşı, 2018-ci il) - 39 yaş 299 gün

3. Karlos Saysedo ("San Jose"nin heyətində "Olveys Redi"yə qarşı, 2019-cu il) - 39 yaş 215 gün

4. Maksim Qruznov ("Trans"ın heyətində "Navi Vutiselts"ə qarşı, 2012-ci il) - 38 yaş 132 gün

5. Roke Santa Kruz ("Olimpiya"nın heyətində "Serro Portenyo"ya qarşı, 2019-cu il) - 38 yaş 100 gün

6. Alessandro Del Pyero ("Sidney"in heyətində "Vellinqton Feniks"ə qarşı, 2013-cü il) - 38 yaş 71 gün

7. Kriştiano Ronaldo ("Əl-Nəsr"in heyətində "Al Vehda"ya qarşı, 2023-cü il) - 38 yaş 4 gün

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"